Telekanalın yalanı üzə çıxdı - VİDEO

Ötən həftə Sumqayıt telekanalı olan “Dünya” TV-də Abşeron rayonu Masazır kəndi ilə bağlı süjeti sakinləri hiddətləndirib. Sufetdə verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Masazır kəndinin Abşeron küçəsinin təmirinə başlanılıb. Yola qrabilin töküldüyü qeyd olunub. Həmin küçənin sakini Elməddin Əliyev bildirib ki, həç də hər şey sujetdə göstərildiyi kimi deyil: “Səlahiyyətli şəxslər 200 metr yola daş töküblər. İş prosesinə “Dünya” TV-nin əməkdaşlarını dəvət ediblər. Onlar da çəkiliş aparıblar. Çəkiliş bitəndən sonra yolun təmiri işləri davam etdirilməyib. Amma telekanalda bildirilib ki Abşeron küçəsinə yol salınıb. Sadəcə 200 metrə qrabil töküblər”. Şikayətçi bildirib ki, sakinlərin payız-qış aylarında gedişləri daha da çətinləşir: “Hazırda da Abşeron keçəsində dözülməz vəziyyət hökm sürür”. Bizimyol.info

telekanal yalan

DİGƏR XƏBƏRLƏR

Top