Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Ötən gün Azərbaycanın daxili işlər orqanları 117 cinayət faktı qeydə alıb, onların da 28-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top