Ağdaşda mübahisə bıçaqlanma ilə nəticələnib - Yaralının vəziyyəti ağırdır

Bu gün axşam saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, rayonun Kükəl kənd sakini 1963-cü il təvəllüdlü Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində, həmkəndlisi, 1991-ci il təvəllüdlü Paşayev Vaqif Rafail oğlunun döş qəfəsinə bıçaqla bir neçə dəfə vuraraq xəsarət yetirib. Yaralı dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır. Faktla araşdırma aparılır. Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top