Vaxtında geri qaytarılmayan kreditlər 448 milyon manat artıb

Bu ilin dekabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 226,2 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 24,8% və ya 4 milyard 49,3 milyon manat azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin dekabr ayının əvvəlinə problemli kreditlərin həcmi 448 milyon manat və ya 31% artaraq 1 milyard 890,3 milyon manata yüksəlib.

Qeyd edək ki, dekabrın əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 15,5% paya malik olub. Problemli kreditlərin həcmi bugünə kimi qeydə alınan ən yüksək səviyyəyə çatıb. Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya oktyabr ayının əvvəlinə 14,9%, sentyabr ayının əvvəlinə 14,7%, avqust ayının əvvəlimdə 14,1%, iyul ayının əvvəlində 13%, iyun ayının əvvəlində 11,8%, may ayının əvvəlində 10,3%, aprelin əvvəlində 10,2%, ötən ilin sonunda 9%, bir il bundan əvvəl isə 9,5% olub.

Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 258,4 milyon manatlıq kreditlərin 971,4 milyon manatı, xarici valyutada verilən 4 milyard 967,8 milyon manatlıq kreditlərin isə 918,9 milyon manatı vaxtında geri qaytarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top