ABŞ Türkiyə ilə sərhəddə yeni YPG ordusu yerləşdirəcək

ABŞ-ın başçılığı ilə İŞİD terror qruplaşması ilə mübarizə üçün qurulan beynəlxalq koalisiyanın Suriyadakı ortaq qüvvələri ilə birlikdə 30 min nəfərdən ibarət ordu qurulacaq. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, yeni qurulacaq ordu sərhədlərin mühafizəsini həyata keçirəcək. Sərhəd qüvvələri PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin komandanlığına veriləcək. Yeni sərhəd qüvvələri Türkiyə və İraq sərhədlərinə nəzarət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top