Həmyerlimiz “O səs Türkiyə”də ağladı: “Sevdiyim qızın toyudur”

Azərbaycanlı iştirakçı Ozan Əhmədov “O səs Türkiyə” mahnı müsabiqəsində gözyaşı töküb. Müsabiqənin bu gün axşam efirə gedəcək buraxılışının anonsu yayımlanıb. Proqramın tanıtım-çarxı azərbaycanlı iştirakçının üzərində qurulub. O.Əhmədov “Duyanlara, duymayanlara” mahnısını səsləndirib və hər kəsi göz yaşına boğub. Münsiflərdən Hadisə ifaçının gözünün dolmasının səbəbini soruşub. Əhmədov 10 ildir ki, bir qızı sevdiyini, yaxın günlərdə toyu olacağını deyib. O, danışarkən göz yaşını saxlaya bilməyib. Həmyerlimizin hekayəsi Hadisəni şoka salıb. Qeyd edək ki, sözügedən buraxılış bu gün Bakı vaxtı ilə 22:00-da TV8-də yayımlanacaq.Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top