Stadionun inşaası yaxınlıqdakı evə Günəş işığının düşməsinin qarşısını aldığı üçün dayandırılıb

“Çelsi”nin Londonda inşa edilən yeni stadionu yaxınlıqda yerləşən bir evə Günəş işığının düşməsinin qarşısını aldığı üçün şikayət edilib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, stadionun tikintisi şikayət əsasında müvəqqəti dayandırılıb. 60 min azarkeş tutumu olacaq stadionun inşaat işlərinə bir ailənin şikayətinə görə ara verilib. Belə ki, Krostveits ailəsi tikilməkdə olan stadionun evlərinə Günəş işığının düşməsinin qarşısını aldığını bildirib.

Əgər ailənin şikayəti haqlı qəbul edilərsə, stadionun inşası dayandırılacaq. Bu vəziyyət “Çelsi” klubunun sahibi Roman Abramoviçi xeyli narahat edib və o, lazım gələrsə ailə ilə bu məsələni müzakirə etməyə hazırdır.

“Çelsi” rəhbərliyi ailəyə təzminat təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. London təmsilçisi isə şikayətə qarşılıq olaraq etirazını bəyan edib. İnşaatı dayandırılan stadionla bağlı yaxın günlərdə qərar veriləcək. Yeni stadionun 1 milyard funt-sterlinqə başa gələcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top