Yıxılaraq öldüyü deyilən şəxsin qətlə yetirildiyi məlum olub

Bakıda sərxoş halda yıxılaraq öldüyü bildirilən şəxsin qətlə yetirildiyi məlum olub. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsindəki parkların birində qəsəbə sakini, tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda yıxılaraq kəllə beyin xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə məlumat verilib. Araşdırmalar zamanı S.İsayevin baş nahiyyəsinə yumruqla vurulması nəticəsində yıxılaraq xəsarət alması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ələt qəsəbə sakini Azər Həsənov müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.Report

DİGƏR XƏBƏRLƏR

Top