İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılırlar

İran hökuməti ölkənin bir sıra şəhərlərində iğtişaşlar zamanı saxlanılan vətəndaşların əksəriyyətini girov müqabilində sərbəst buraxıblar.

Fars agentliyinin xəbərinə görə, bu barədə İslam Respublikasının daxili təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Səid Montazar əl-Mehdi bəyan edib.

“Saxlanılan vətəndaşların əksəriyyəti sərbəst buraxılıb. İslam Respublikasının təhqir edən və iğtişaşların səbəbkarları isə məhkəmə qarşısına çıxarılacaqlar”, - o deyib.

Əl-Mehdi təsdiq edib ki, toqquşmalar zamanı İranda 20 nəfər ölüb, onların arasında güc strukturların əməkdaşı da var.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top