Rusiyada atılmış uşaqlara aylıq 300 manat pensiya veriləcək

Bu ildən başlayaraq Rusiyada atılmış və valideynləri məlum olmayan uşaqlar 18 yaşları tamam olana qədər dövlətdən aylıq 10068 rubl (təxminən 300 manat) pensiya alacaqlar.

Bu vaxta qədər Rusiyada qəyyumunu itirdiyinə görə pensiya yalnız yetim uşaqlar üçün nəzərdə tutulmuşdu. Atılmış və valideynləri naməlum uşaqlar isə bu hüquqdan məhrum idilər, çünki hüquqi nöqteyi-nəzərdən, onların itirə biləcəkləri qəyyumu yox idi.

Yeni pensiya növü valideynləri məlum olmayan, habelə doğum evində anaları tərəfindən atılmış uşaqlara şamil ediləcək. Əgər uşaq 18 yaşı tamam olduğu vaxt əyani olaraq ali məktəbdə təhsil alacaqsa, bu pensiya onun 23 yaşı tamam olana kimi ödəniləcək.virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top