Stokholm metrosunda partlayışın səbəbi məlum olub

Bu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub.

Bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.

Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.

Stokholm Polis Departamentinin nümayəndəsi Sven-Erik Olsson bildirib ki, partlayış yaralanan şəxslərdən birinin yerdəki cismi götürən zaman baş verib. Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb. apa

DİGƏR XƏBƏRLƏR

Top