Tramp: Ağıllı deyiləm...

ABŞ Prezidenti Donald Tramp özünü ağıllı deyil, dahi adlandırıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, D. Tramp bunu onun əqli qabiliyyətinin tənqid edilməsi fonunda deyib. O, "Twitter" səhifəsində yazıb ki, əslində həyatı boyu əsas keyfiyyətləri psixoloji sabitliyi və ağlı olub: "Mən çox uğurlu biznesmendən məşhur teleulduz və ABŞ Prezidentinədək gedən yolu keçmişəm. Mənə elə gəlir ki, bunu təkcə ağıllı deyil, dahi kimi xarakterizə etmək mümkündür". Xatırladaq ki, jurnalist Maykl Vulf özünün "Atəş və Qəzəb: Trampın Ağ evinin içində" kitabında D. Trampın ABŞ Prezidenti olmaq üçün intellektual qabiliyyətinin olmadığını, onun oxumadığını və qulaq asmadığını yazıb.

DİGƏR XƏBƏRLƏR

Top