Qabriel və Çavuşoğlu razılığa gəldi

“Türkiyə-Almaniya əlaqələrində mövcud çətinliyin öhdəsindən gəlmək üçün mümkün olan hər şeyin edilməsinə dair razılığa gəldik”. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ölkəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra deyib. Onun sözlərinə görə, iki ölkə arasında fikir ayrılıqları var: “Hər məsələdə həmfikir deyilik. Ancaq bütün bu çətinlikləri aşmaq bizim vəzifəmizdir. Məsuliyyətimizi dərk edirik. Problemləri həll etməkdə ciddi iradəmiz var. Həmkarım və mən gələcəkdə bu gərginlikləri aşmaq üçün lazımi addımları atmaqda həmfikirik”. M. Çavuşoğlu isə Türkiyə və Almaniya arasında dialoqun davam etdirilməsinin önəmini vurğulaylb: “İki ölkə əlaqələrinin yenidən sahmana salınaraq daha da inkişaf etdirilməsində səmimiyik. Hər məsələdə həmfikir olmaq məcburiyyətində deyilik. Fikir ayrılıqlarını mötərizə içinə alaraq yola davam etməkdə fayda var”.

DİGƏR XƏBƏRLƏR

Top