Azərbaycan yeni baş naziri bəlli olub - FOTO

Bakıda xəstəxanada yanğın olub

İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib

şənbə, 21 aprel 2018
TR EN RU

Menu

şənbə, 21 aprel 2018
EN TR RU

DÜNYA

Trampı hiddətləndirən kitab bir günün içində SATILIB QURTARDI

06.01.2018 13:38

Ağ evin keçmiş baş strateqi Stiv Bennonun ABŞ Prezidenti Donald Trampı hiddətləndirən “Atəş və Qəzəb” adlı kitabı satışa çıxarıldığı gün satılıb qurtarılıb.

“Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, D. Trampın vəzifədə olduğu ilk ili barədə bəhs edən və mübahisələrə səbəb olan “Atəş və Qəzəb: Trampın Ağ evinin içindən” adlı kitab bir günün içində satılıb qurtarılıb.

Maykl Vulfun yazdığı kitab “Amazon” onlayn satış servisinin kitab bölümündə birinci olub. Kitab Nyu-York və Vaşinqtonda isə bir neçə dəqiqə ərzində tükənib. M. Vulf qələmə aldığı kitabda D. Trampa yaxın adamlara istinadə edərək bildirib ki, o, prezidentliyə namizəd olmağı həqiqətən də istəməyib və seçilməsini gözləməyib.

Bundan başqa iddia edilir ki, D. Tramp Ağ evə yerləşdikdən sonra otağına iki yeni televiziya gətirib, zəhərlənməkdən qorxduği üçün uzun müddət hazır hambugerlər yeyib, yatağında saatlarla televiziyaya baxır. ABŞ Prezidenti kitaba münasibət bildirərkən deyib ki, uydurma kitabın müəllifinə Ağ evə girməyinə heç vaxt icazə verməyib: “Onunla kitab barəsəində heç vaxt danışmamışam. Yalanlarla və olmayan mənbələrlə dolu kitabdır”

Oxundu 242

© 2018 - NSPSOLUTIONS