Çin lideri orduya səsləndi: Müharibəyə hazır olun, ölməkdən qorxmayın

Çin Xalq Respublikasının Sədri Si Cinpin regionda geosiyasi gərginliklərin artdığı bir dövrdə orduya müharibəyə hazır olmaq, hərbçilərə isə ölkəni müdafiə edərkən ölməkdən qorxmamaq barədə çağırış edib.

“Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, S. Cinpinin bütün qoşun növlərinə etdiyi bu çağırışın nadir rastlanan bir ismarıc olduğu vurğulanır. C. Cinpin Haybey vilayətində Çin Xalq Qurtuluş Ordusunun Mərkəzi Komandanlığında minlərlə əsgərə səslənərkən deyib: “Nə çətinlikdən, nə də ölümdən qorxun”. Çin lideri ordudan real müharibə şəraitində təlimlər keçməyi və yüksək səviyyəli texnoloji vasitələrlə bağlı araşdırmaları artırmağı, habelə hərbi sahədə modernləşdirmə səylərini sürətləndirməyi tapşırıb. Qeyd edək ki, Çin ordusu 2 milyon hərbçiyə malikdir ki, bu da dünyanın ən böyük ordusu hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top