Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Cenk Tosunun bundan sonra İngiltərə Premier Liqasında çıxış edəcək.
Oyunçunun “Evertona”a keçidi yekunlaşıb.
Klubun rəsmi saytının verdiyi məlumata əsasən, 26 yaşlı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. İngilislər bunun üçün İstanbul klubuna 27 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, 2014-cü ildən “Beşiktaş”ın formasını geyinən Cenk, meydana çıxdığı 96 oyuna 41 qol vurub. Qafqazinfo