Boyu 2.1 metr olan gənc yatmağa çarpayı tapmır - VİDEO

Boyunun uzun olması bəzi məsələlərdə işinə yarasa da, geyimdə və digər işlərdə ona çətinlik yaradır.

Azərbaycanın ən uzun insanlarından biri 21 yaşlı Elçin Hümbətlidir. Bərdənin Lək kəndində yaşayan Elçinin boyu 2 metr 10 sm-dir. Onun boyu son 6 ildə daha sürətlə artıb.

Elçinin hündürboy olması bəzən işinə yarasa da, bir çox hallarda çətinlik yaradır. Xüsusilə də, satışda ayaqqabı və paltar tapa bilmir. Ona görə də geyimlərini adətən dərziyə tikdirir.

Uzun boyunun digər çətinliyini isə yatanda yaşayır. Çünki nə çarpayı, nə də yataq dəsti boyuna uyğun gəlir.

İndi Elçin Hümbətli boyunun daha da uzanmasının qarşısını almaq istəyir ki, gələcəkdə sağlamlığında problemlər yaranmasın. Xezer xeber

video

DİGƏR XƏBƏRLƏR

Top