Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

06.01.2018 01:06

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 70,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,65 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

CIF bazisində “Azeri Light”ın qiyməti sonuncu dəfə 2014-cü il dekabrın 4-də 70 dolları keçmişdi.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 69,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 4-də 67,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 4-də 68,72 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Oxundu 328

© 2018 - NSPSOLUTIONS