İqtisadçı-ekspert: "1 ABŞ dolları 1,7 Azərbaycan manatı gerçək bazar məzənnəsi deyil"

"Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasına görə, Fond yalnız ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında 584.8 milyon ABŞ dolları məbləğində vəsait satıb ki, bu da noyabrla müqayisədə 2,8 dəfə çoxdur".

"Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. İqtisadçı bununla əlaqədar olaraq, 2 məqam açıqlayıb: "Birincisi, əvvəldən proqnozlaşdırdığımız kimi dekabr ayında valyuta bazarında gərginlik qeydə alınıb. İkincisi, əgər həqiqətən də liberal üzən valyuta rejimi ilə bazar tənzimlənirsə onda dollara tələbat artanda manat niyə dəyərdən düşmür? Deməli, 1 ABŞ dolları 1,7 Azərbaycan manatı hələ də gerçək bazar məzənnəsi deyil, tənzimlənən və təyin olunan kursdur".

DİGƏR XƏBƏRLƏR

Top