Türkiyə bu iki ölkə ilə birlikdə raket istehsal edəcək

Türkiyə Fransa və İtaliya ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirərək uzun mənzilli hava hücumundan müdafiə və raket sistemlərinin inkişafı və istehsalı üçün bu iki ölkə ilə saziş imzalayıb.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, saziş Türkiyənin ASELSAN və Fransa-İtaliya müştərək şirkəti “Eurosam” arasında imzalanıb. Sazişə əsasən, tərəflər uzun mənzilli hava müdafiə və raket layihəsi hazırlayacaqlar.

Raket proqramının 2020-ci illərin oratalarınadək hazır olması nəzərdə tutulub. Saziş Fransada Türkiyə və Fransa prezidentlərinin arasında keçirilən danışıqlar əsnasında imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top