Türkmən qadınlarına avtomobil sürməyi qadağan etdilər

Ötən ilin dekabrının ortalarından Türkmənistan rəhbərliyi qadınlara sükan arxasında əyləşməyi qadağan edib. Bu zaman onlarda sürücülük vəsiqəsinin olub-olmaması fərq etmir.

Dekabrda avtonəqliyyat müfəttişləri bu qadağanı pozan qadınlara növbəti postda cərimələnəcəkləri barədə xəbərdarlıq ediblər.

“Əvvəlcə bu məlumatı zarafat kimi qəbul edirdim, sonra özüm şəxsən belə halla qarşılaşdım”, - Aşqabad sakini deyir. - İndi qadınlar sükan arxasına əyləşməyə qorxurlar, ona görə çoxlarını işə, evə həyat yoldaşları aparıb-gətirirlər”.

Başqa mənbənin sözlərinə görə, dövlət idarələrinin şəxsi avtomobillə işə gələn qadın əməkdaşlarından sükan arxasında əyləşməyəcəkləri barədə iltizam alıblar.

Qeyd edək ki, bundan əvvəl Türkmənistanda qara rəngli avtomobillərin qadağan olunması barədə xəbərlər yayılmışdı. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top