ABŞ-ın BMT-dəki nümayəndəsi: İranda “Suriya ssenarisi” təkrarlana bilər

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli hesab edir ki, İrandakı vəziyyət 2011-ci ildə küçə iğtişaşlarının qanlı vətəndaş müharibəsinə çevrildiyi “Suriya ssenarisi” ilə inkişaf edə bilər.

Bu barədə amerikalı diplomatın BMT Təhlükəsizlik Şurasının İran İslam Respublikasında mövcud vəziyyətlə bağlı iclası ərəfəsində etdiyi yazılı şərhdə qeyd olunur.

“Dünya Suriyadakı dəhşətlərin şahidi olub. Orada vəziyyət rejimin xalqı dinc şəkildə etiraz etmək hüququndan məhrum etməsindən sonra gərginləşdi. Biz İranda bunun baş verməsinə imkan verməməliyik. Bu, İran xalqının təməl hüquqlarına hörmət edilməsi və beynəlxalq sülh və sabitliyə dəstək məsələsidir”, - deyə Heyli bildirib.

İranda dekabrın 28-dən etibarən gərginləşən vəziyyət bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq. İclas ABŞ-ın vəsatəti əsasında keçiriləcək. Habelə Təhlükəsizlik Şurasının üzvlərindən hər hansı biri səsvermə keçirməyi təklif etsə və diplomatların çoxu məsələnin şuranın iclasında qaldırılmasını məqsədəuyğun görməsə, İranla bağlı diskussiyalar baş tutmaya bilər. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top