379 nəfər bank işçisi işini itirib

Son bir il ərzində Azərbaycanın bank sektorunda işləyənlərin sayı 2,2% və ya 379 nəfər azalıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bu ilin dekabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 16 min 629 nəfər çalışıb. Halbuki ötən ilin dekabr ayının əvvəlində bank sektorunda işləyən işçlərin sayı 17 min 8 nəfər olub. Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı azalsa da, bankların şöbələrinin sayı 129-dan 142-yə yüksəlib. Lakin bank filallarının saynda azalma olub. Bir il əvvəl ölkədə 568 bank filalı olduğu halda dekabr ayının əvvəlində bu göstərici 547-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top