Portağal hansı orqanlar üçün faydalıdır?

Qış fəslində ən çox satılan meyvələrdən biri də portağaldır. Həkimlər portağalın insan orqanizmi üçün faydalı, vitaminlərlə zəngin olduğunu bildirirlər. Portağal alman mənşəli sözdür və mənası "çin alması" deməkdir. Portağal alarkən nisbətən bərkini seçmək lazımdır.

Portağaldan və onun qabığından hələ qədim zamanlardan müalicə məqsədləri ilə istifadə olunub.

Portağal şirəsi C vitamini ilə zəngindir. İbn Sina yazırdı ki, portağal yarpaqlarının şirəsi sidik yolunun tutulmasının, ilan sancdıqda, sinir iltihabında müalicəsində faydalıdır.

Azərbaycanda portağal cənub bölgəsində yetişdirilir.

Orqanizmin bütün funksiyalarını aktivləşdirir, əsəbləri və beyini möhkəmlədir.

Maddələr mübadiləsini yaxşılaşdırır, qanda şəkəri azaldır. Yatmazdan əvvəl portağal yemək məsləhət görülmür.

Diş ətini möhkəmlədir, əsəb sistemini bərpa edir, artıq piylənməni aradan qaldırır.

Qan damarlarının işini qaydaya salır, infeksiyadan qoruyur.

Qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içmək məsləhət görülür.

Portağal şirəsini boş mədəyə içmək olmaz.

Portağalın özü, şirəsi kimi qabıqları da insan orqanizmi üçün çox faydalıdır. Ondan təmizləyici vasitə kimi də istifadə olunur.

Məsələn, portağal qabığı diş təmizlənməsi və ağardılmasında effektlidir.

Portağal qabıqlarından mənzildə hava təmizləyici kimi istifadə etmək olar. Portağal qabığından dünyanın bir çox ölkələrində təmizləyici vasitəsi hazırlanır. Belə ki, qabıqlar bankaya yerləşdirilir, üzərinə sirkə tökülür və bir həftə saxlanılır. Sonra maye süzgəcdən keçirilir. Çirklənmiş yerlərə töküb yaş əski ilə sildikdə çox rahatlıqla təmizlənir.

Portağalın tərkibindəki maddələr həşəratlara qarşı da effektlidir. Portağal qabıqlarını evin müəyyən bir yerinə qoyun. Qarışqalar, ağcaqanadlar, milçəklər o əraziyə yaxın gəlməyəcək.

"Yeniavaz.com"

DİGƏR XƏBƏRLƏR

Top