Azərbaycan yeni baş naziri bəlli olub - FOTO

Bakıda xəstəxanada yanğın olub

İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib

şənbə, 21 aprel 2018
TR EN RU

Menu

şənbə, 21 aprel 2018
EN TR RU

HADİSƏ

Qazaxa qohumlarını bayram ziyarətinə gedən ailə dərəyə aşdı - Kişi öldü, yoldaşı və qızı ağırdır

03.01.2018 12:37

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ötən gecə yolun 155-ci kilometrliyində, Ağsu aşırımında Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Bəhruz Məşədi oğlu idarə etdiyi “Renault” markalı minik avtomobili ilə doğulduğu Qazax rayonuna gedərkən ailə üzvləri ilə birgə qəzaya düşüb.

Sürücü Ağsu dolaylarında qatı duman səbəbindən yolun hərəkət zolağını görməyib və idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü B. Cəfərov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Cəfərova Sevinc Mustafa qızı, 25 yaşlı qızı Güləndam Cəfərli ağır bədən xəsarətləri alaarq, təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin yardımına baxmayaraq, Bəhruz Cəfərov xəstəxanada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.apa

Oxundu 1454

© 2018 - NSPSOLUTIONS