Firdovsi Umudov: İdmanı siyasətdən uzaq tutmaq istəsək də…

Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

Qripdən qorunmaq üçün nə etməli - Rusiyalı həkimdən məsləhət

Bazar ertəsi, 26 fevral 2018
TR EN RU

Menu

Bazar ertəsi, 26 fevral 2018
EN TR RU

HADİSƏ

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - Şirvanda

02.01.2018 17:46

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər üç dəfə məhkum olunmuş Ruslan Nərimanov saxlanılıb. Onun üzərinə baxış zamanı 8 ayrı bükümdə ümumi çəkisi 3,339 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyatın davamı olaraq R.Nərimanovun yaşadığı evdə axtarış zamanı əlavə olaraq ümumi çəkisi 31,258 qram narkotik vasitə olan heroin, ümümi çəkisi 4,27 qram narkotik vasitə olan qurudulmuş marixuana, narkotik tərkibli satışı qadağan olunmuş dərman preparatları və 2 ədəd tərəzi aşkar olunaraq götürülüb. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.Lent.az

Oxundu 207

© 2018 - NSPSOLUTIONS