Erməninin öldürdüyü beş azərbaycanlı gənc dəfn olundu

Gürcüstanın paytaxtı Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 azərbaycanlı gənc ötən gün Sadaxlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Sadaxlı, eləcə də ətraf kəndlərin sakinləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev və digər şəxslər iştirak ediblər. F. Hacıyev Azərbaycan hökuməti adından həlak olanların ailələrinə başsağlığı verib, səbr diləyib.

Xatırladaq ki, dekabrın 31-də Yeni ili qeyd etmək üçün Tiflisə gedən Sadaxlı kənd sakinlərinin olduğu "Lada" markalı avtomobil Rusiyadan Ermənistana gedən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Lada"dakı sürücü və sərnişinlərin hamısı dünyasını dəyişib. "Mercedes"də olanlar isə ciddi xəsarət almayıblar. Dünyasını dəyişən 21 yaşlı azərbaycanlılar vaxtı ilə eyni sinifdə oxuyublar. Qeyd olunur ki, son illər həm Sadaxlıdan, həm də qonşu kəndlərdən Ermənistana uzanan magistral yolda Ermənistan vətəndaşlarının sürət həddini aşması nəticəsində tez-tez yol-qəza hadisəsi baş verir.Teleqraf.com

DİGƏR XƏBƏRLƏR

Top