Azərbaycanın yeni baş naziri: "Bundan sonra başqa formada işləməyə başlayacağam"

Azərbaycan yeni baş naziri bəlli olub - FOTO

Bakıda xəstəxanada yanğın olub

şənbə, 21 aprel 2018
TR EN RU

Menu

şənbə, 21 aprel 2018
EN TR RU

HADİSƏ

15 gün əvvəl ailə qurduğu həyat yoldaşını döyüb xəstəxanalıq etdi

02.01.2018 16:45

Şamaxı rayonunda kişi yeni ailə qurduğu həyat yoldaşını döyərək ona ciddi xəsarət yetirib. Hadisə rayonun Meysəri kəndində baş verib. Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva həyat yoldaşı tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın Cərrahiyə şöbəsindən verilən məlumata görə, xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Cərrahiyə əməliyyatı olunan xəstənin vəziyyətini həkimlər kafi kimi qiymətləndirirlər. Məlumata görə, Z.Əlqəmbəyeva 15 gün öncə ikinci dəfə ailə qurub. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.Report

Oxundu 556

© 2018 - NSPSOLUTIONS