Gənc qız ölümündən bir neçə saat əvvəl ƏRƏ GETDİ

ABŞ-ın Konnektikut ştatında gənc qız ölümünə bir neçə saat qalmış ərə gedib.

Devid Moşer 2016-cı ilin dekabr ayında nişanlısı Xezer Lindsiyə evlilik təklifi etməyə hazırlaşırdı.

Qıza süd vəzisinin xərçəngi diaqnozu qoyulmasına baxmayaraq Devid öz fikrindən daşınmayıb.

Xezer il ərzində xəstəliklə mübarizə aparıb və 2017-ci ilin sonunda Devidlə ailə həyatı qurub, lakin 18 saat sonra, dekabrın 22-də, xəstəxanada vəfat edib.

Xezerin rəfiqəsi onun cəsarətindən danışaraq bildirib ki, Devidə olan sevgisi Lindsiyə ölümdən qorxmamağa güc verirdi. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top