Bir günə milyonlar qazananların acınacaqlı sonu - FOTOLAR

Xoşbəxtliyin pulda olmadığı deyimininin düzgünlüyünə lotereya bileti alıb böyük məbləğdə pul udanların gələcək talelərini öyrəndikdə bir daha inanırsan.

“Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, belə “xoşbəxtlərdən” biri 1982 və 1984-cü illərdə Türkiyədə “Milli Lotereyada” iki dəfə böyük məbləğdə pul qazanan Mustafa Savqandır. Yenə də udaram deyib pullarını lotereya biletlərinə yatıraraq əlində olan-qalan pulu da itirən M. Savqan hazırda insanların ayaqqabılarını boyayır.

Lotereyanın bədbəxt etdiyi digər şəxs isə 10 trilyon türk lirəsi qazanmış Nəcmi Yıldırımdır. O, uduşa görə dava-dalaş törədən oğlu tərəfindən boğazından bıçaqla kəsilərək yaralanıb.

Samsunda 17 il əvvəl lotereya bileti alaraq böyük məbləğ qazanan Süleyman Orhanın həyatı da gözlənilməz şəkildə dəyişib. Pulu aldıqdan sonra ticarətlə məşğul olan S. Orhan bütün işlərində zərər görərək son qəpiyindən məhrum olub.

2003-cü ildə Orduda lotereyada 844 milyard lirə qazanan çayçı Hayri Kaya pulun ona uğursuzluqdan başqa heç nə vermədiyini bildirib.

9 uşaq atası və işsiz olan Əhməd Bayram 2005-ci ildə 1 milyon 250 min lirə qazanaraq bir anda varlanır. Ə. Bayramın pulu aldıqdan sonra ilk gördüyü iş arvadını boşamaq olub. O, Bütün pulunu qumarda uduzduqdan sonra evinin hamamında intihar edib.

2003-cü ildə asan yolla 2 trilyon lirə udan Yeşim Akyol əri ilə dalaşmağa başlayır və nəhayət 8 ildir əri olan şəxsdən boşanır.

Ədirnədə kənd təsərrüfatı məhsulları satan firmada hamballıq edən Fuad Özdəmir 2014-cü ikdə 11 milyon 345 min 642 lirə qazanır. Pulu necə xərcləyəcəyini bilməyən F. Özdəmir müdirindən kömək istəyir. Lakin o, hambalını aldadaraq pulu mənimsəyib. F. Özdəmir məsələ ilə bağlı məhkəməyə şikayət etdi. Məhkəmə hər iki tərəfin lotereya biletinə ortaq olduğuna dair qərar verir. Gecəqonduda yaşayanda dəbdəbəli ev və avtomobil alan F. Özdəmir qəzaya uğradı. Yaxınlarına ev aldı, bayramlarda isə ətrafdakılarına kömək etdi. Üç il ərzində pullarının hamısını xərxləyən F. Özdəmir qaraciyəri sirrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilir və həkimlərin səylərinə baxmayaraq, vəfat edir.

Dənizlinin Tırkaz kəndində yaşayan Mehmet Sarıoğlu 40 il əvvəl lotereyadan qazandığı böyük məbləğlə varlanır. M. Sarıoğlu heç vaxt evlənməyərək yaşadığı kənddə özünə gözəl ev tikdirir. Vaxt ötdükcə bütün pullarını xərclədikdən sonra heç nəsiz və qonşuların ümidinə qalır. Pensiya pulu ilə dolanan M. Sarıoğlunun evi yandıqdan sonra qaonşular pul yığaraq onun evini təmir edirlər. O, daxmasında donaraq ölüb.

DİGƏR XƏBƏRLƏR

Top