Dani Alveşin Bakıya gələcəyi barədə məlumat yayılıb

PSJ-nin futbolçusu Dani Alveş Azərbaycana gəlir. Bu barədə məlumatı sabah.com.tr saytı yayıb. Xəbərdə bildirilir ki, Braziliya millisinin müdafiəçisi “Hilton” oteldə təşkil ediləcək Yeni il tədbiri üçün Bakıya dəvət edilib. Ulduz futbolçu 2018-ci ili ölkəmizdə qarşılayacaq. Dekabrın 31-də baş tutacaq şənliyin dəvətliləri arasında Türkiyənin məşhur siması - DJ Faruk Sabancı da var. O, bir gecədə səhnəyə çıxmaq üçün 40 min dollar alacaq. Dani Alveşin Bakıya gələcəyi ilə bağlı məlumatın doğru olub-olmadığını öyrənmək üçün "Hilton" oteli ilə əlaqə saxladıq. Otelin nümayəndəsi əməkdaşımızla söhbətində bu informasiyanı təkzib etdi. APA

DİGƏR XƏBƏRLƏR

Top