Beynəlxalq Olimpiya Komitəsi Ukraynanın 10 idmançısını Olimpiya medallarından məhrum edib. “Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, onlar antidopinq qaydalarını pozmaqda günahkar bilinirlər. İdmançılar 2004, 2008 və 2012-ci il olimpiadalarına qazandıqları medallardan məhrum ediliblər. Medallardan birinin əyarı qızıl, dördünün gümüş və beşinin isə bürüncdür.