Çay alarkən diqqətli olun! FOTOLAR

Çay bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ən çox içilən içkilərdəndir. İstər qonaq gedərkən, istər də evdə olarkən çox vaxt çaydan istifadə edirik. İş yerlərində çaysız qalmayan insanlar az deyil. Lakin bir çoxu çaydan istifadə edərkən onun keyfiyyəti barədə məlumatsız olur. Keyfiyyətli çayı müəyyən etmək üçün bir qədər diqqət və təcrübə tələb olunur.

Çayın keyfiyyətini necə müəyyən etmək olar?

Çayın keyfiyyətini müəyyən etməyin ən birinci üsulu onun iyini bilməkdir. Çayı dəmləməmişdən əvvəl onu iyləmək lazımdır. Əgər çayın iyi həfif və qıcıqlandırıcı deyilsə, bu zaman məhsul keyfiyyətlidir. Əgər kəskin iy və qıcıqlandırıcı qoxu verirsə, deməli həmin çayın keyfiyyəti şübhəlidir. Yəni məhsula əlavə maddələr qatılıb.

Çayın keyfiyyətinin göstəricilərindən biri də onun yarmağının həcmidir. İriyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu, ən qənaətsiz çaydır. Bir fincan dəmləmək üçün bir qaşıq quru çay tələb olunur. Qutusunun üzərində yarpağın ölçüsü göstərilməyən çaylar orta yarpaqlı çaylardır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.

Bundan başqa, əgər çayın içində çöplər və tozlar varsa, demək məhsul ən axırıncı keyfiyyətdədir.

Keyfiyyətli çayı necə seçmək olar?

İlk növbədə çayın yığılıb bağlanmasına fikir vermək lazımdır. Çəkilib qablaşdırılma tarixini müəyyən etmək vacibdir. Bu tarix, çayın yığılma tarixi ilə, ola bilsin ki, eyni olmasın. İdeal variant - çay harada yığılıbsa orada da çəkilib qablaşdırılıb. Çayın saxlama tarixi onun çəkilib qablaşdırılmasından sonra 2 ildən artıq müddət olmamalıdır. Bu müddətdən sonra çay öz müalicəvi xüsusiyyətlərini, doymuş ətrini və rəngini itirir.

Bundan başqa, çayın yarmaqları düz olduqda, onun daha keyfiyyətli olması deməkdir. Ən yaxşı çayların yarpağı şəffaf və parlaq olur. BU zaman məhsul həm dadlı olur, həm də insan orqanizmi üçün xeyirlidir.

Çayın keyfiyyətli olub-olmamasını onun hansı müddətə dəm alması ilə də müəyyən etmək olar. Əgər çayı isti suya atan kimi rəngini dəyişirsə, demək məhsula əlavə rəng qatılıb. Suda tez dəm alan çayın tərkibində əlavə qatqılar var və məhsul keyfiyyətsizdir.Əgər su yavaş-yavaş rəngini dəyişirsə və ilk öncə sarımtıl olursa, demək məhsul keyfiyyətlidir. Bu zaman həmin çaydan rahat şəkildə istifadə etmək olar.
Ölkə.Az

DİGƏR XƏBƏRLƏR

Top