Rusiyaya qara qar yağıb - VİDEO

Rusiyanın Novosibirsk şəhərində qara rəngdə qar yağıb, bəzi yerlərdə qarın qalınlığı bir neçə santimetrə çatıb.

Qara kül formasında olan yağıntı şəhərdə təpəciklər əmələ gətirib.

Eyni zamanda yağıntı paltarların üzərində də qalır.

Bu yağıntıların mənbəyi kömür-mazut yanacağı ilə fəaliyyət göstərən zavodun qazanxanasıdır.

Novosibirsk meri Anatoli Lokot sakinlərin şikayəti əsasında Novosibirsk Elektrovoz Təmiri Zavodundan (NETZ) qazanxananı qazla işlətmək prosesinə keçidi sürətləndirməyi tələb edib. Report

video

DİGƏR XƏBƏRLƏR

Top