Xalq şairi hökmə etiraz etdi: "Qəti razı deyiləm!"

Xalq şairi Fikrət Qoca oğlu Yalçın Qocanın qatillərinə verilən cəza ilə razılaşmadığını bildirib.

Şair bu cəzanın az olduğunu söyləyib. "Onlara, prokurorun istədiyi kimi 19 il iş verməli idilər. Təsadüfən belə adam öldürmək olar? Bu cinayət ehtiyatsızlıqdan olmayıb. Qərarla qəti şəkildə razı deyiləm” – deyə o, açıqlamasında söyləyib.

F.Qoca hökmlə bağlı apellyasiya şikayəti verilib-verilməyəcəyi barədə bir söz deməyib: "Bu, sonrakı işdir."

Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib.

Buna görə də onun ittiham olunduğu maddə qəsdən adam öldürmə maddəsinə tövsif edilib.

Hökmə əsasən, E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.kulis.az

DİGƏR XƏBƏRLƏR

Top