Bu il 52 min nikah 12 min boşanma qeydə alınıb

Bu ilin ilk 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52 min 61 nikah və 12 min 191 boşanma halları qeydə alınıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Eyni zamanda Statistika Komitəsinin məlumatında qeyd olunur ki, cari ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top