Azərbaycanda iqtisadi geriləmə noyabrda da davam edib

Bu ilin yanvar-noyabr aylarında ölkədə 63 milyard 71,3 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal edilib və ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azalıb. Bu dövürdə əhalinin hər nəfərinə 6 min 481,8 manat məbləğində ümumi daxili məhsul istehsal edilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft bölməsində isə 5,1 faiz azalıb.

Məlumat üçün bildirək ki, ötən il ölkədə iqtisadi artım baş verməyib. Belə ki, ötən il ərzində ÜDM-nin həcmində davamlı olaraq azalma qeydə alınıb. Ən böyük azalma isə ötən ilin aprel ayında qeydə alınıb - 4,5%. Yalnız bu ilin ilk iki ayında - yanvar (0,8%) və fevral (0,4%) ÜDM-də artım qeydə alınıb. Mart ayından başlayaraq yenidən azalma müşahidə olunub. Belə ki, mart ayında ÜDM 0,9%, aprel ayında 1,2%, may ayında 0,9%, iyun ayında 1,3%, iyul ayında 1%, avqust ayında 1,1 %, sentyabr ayında 0,6%, oktyabr ayında 0,7%, noyabr ayında isə qeyd etdiyimiz kimi 0,2% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top