Baş nazir Əliyevlə görüşündən maraqlı foto paylaşdı

Bitkoin almaq istəyənlər, bu tövsiyyələri mütləq oxuyun

Şamaxıda vulkan püskürdü

çərşənbə axşamı, 16 yanvar 2018
TR EN RU

Menu

çərşənbə axşamı, 16 yanvar 2018
EN TR RU

CƏMİYYƏT

Küçələrdə satılan "kərə yağı" həqiqətən, kənddən gətirilir?

14.12.2017 13:11

Azərbaycanda yağın qiymətinin xeyli bahalaşması xüsusən, kasıb təbəqəni çıxılmaz vəziyyətə salıb. Marketlərdə keyfiyyətli yağ adı altında təqdim olunan yağların qiyməti isə 17-18 manatdan başlayır. Lakin bu yağları almağa hər ailənin imkanı çatmır. Odur ki, əsasən kiloqramı 4, 5, 10 manata təklif olunan yağları almağa məcbur olurlar. Rusiya, Ukrayna, Zellandiya yağı adı altında vətəndaşlara təklif edilən bu yağların çoxunun üzərində heç qablaşdırması da olmur. Sadəcə, vitrinə düzülür və vətəndaşlara bu adlarla təqdim edilir. Sadə, imkansız vətəndaş isə həmin yağın keyfiyyətinin nədən ibarət olduğunu bilmir. Məsələn, paytaxtın "8-ci kilometr" bazarı kimi tanınan ticarət mərkəzində yerləşən mağazalarda çoxlu sayda, müxtəlif növ yağlar satılır. Həmin yağların haradan gətirildiyi, tərkibinin nədən ibarət olduğunu bəlkə heç satıcılar özləri də bilmirlər. Onların işi vitrinə qoyulmuş yağları satmaq və ailələrinə gündəlik çörəkpulu aparmaqdır. Həmin mağazalarda satılan yağların da üzərində qablaşdırması yoxdur. Sadəcə, alıcılar qiyməti soruşur və onlara ad əsasında təklif edilən yağı alırlar. Halbuki, məsələn, Zellandiya yağı adı altında təklif edilən həmin yağın həqiqətən, bu ölkədən gətirilib-gətirilmədiyi barədə heç bir sübut yoxdur. Amma siz gedin həmin mağazalardakı növbəyə baxın. İnsanlar imkansızlıq ucbatından kiloqramı 4-5, 7-8 manata təklif edilən bu yağları almaq üçün sanki növbəyə durublar...

Bu azmış kimi son dövlər küçələrdə də "kərə yağı" adı altında yağ satanların sayı artıb. Məsələn, bir çox metroların çıxışında X bir adam maşınını saxlayır, yük yerini açır və ora yığdığı yağları satır. Həmin yağların da üzərində heç bir qablaşdırma yoxdur, sadəcə, alıcı bildirir ki, kərə yağıdır, Qəbələ rayonundan gətirilib. Ona inanan sadə vətəndaşlar da səliqəli şəkildə 1 kiloqram çəkidə sellofanlara doldurulmuş bu yağları alırlar.

Adətən, bu yağların kiloqramı 9-10 manata satılır və alıcılar da kifayət qədərdir. Alıcıların əlində həmin yağın kərə yağı olduğunu sübut edəcək başqa bir bir sübut olmur, sadəcə, qiymət sərf edir deyə alırlar. Di gəl, həmin satıcı yalan danışırsa, kərə yağı yox, başqa hansısa zərərli yağdırsa, bunu heç kəsə sübut edə bilməyəcəksən. Özü də belə yağları satanlar tez-tez yerlərini dəyişirlər. Yəni əgər bu gün bir yerdə satırlarsa, sonra başqa yerdə rast gəlirsən.

Bəs küçələrdə, maşınların yük yerində insanlara "kərə yağı" adı altında satılan bu yağları yoxlayan, buna nəzarət edən varmı?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Yeniavaz.com"a açıqlamasında dedi ki, vətəndaşlara belə yağları almağı qətiyyən məsləhət görmür: "Bizə bu barədə bir neçə dəfə şikayətlər daxil olub. Həmçinin AİB-ə daxil olan məlumatlara görə küçələrdə vətəndaşlara "kərə yağı" adı altında satılan yağların tərkibinə bəzi heyvanların iç piyi qatılır. Həmçinin digər məlumatlara görə həmin yağların tərkibinə marqarin yağları vurulur ki, çəkisi ağır gəlsin. Həmin yağlar yoxlanılmır, tərkibi araşdırılmır. Aldığımız məlumata görə, bu yağlardan brusellyoz xəstəliyinə tutulanlar da olub".

AİB sədrinin sözlərinə görə, bu yağların tərkibinə Gigiyena və epidemiologiya idarələri, İqtisadi İnkişaf Nazirliyi nəzarət etməlidir, ancaq etmir: "Küçələrdə vətəndaşlara "kərə yağı" adı altında satılan həmin yağları heç kim yoxlamır. Sadəcə, bu yağları satanlar sahə müvəkkillərinə rüşvət verir və maşını onlara lazım olan ərazilərdə saxlayır və yağları satırlar. Odur ki, böyük təhlükələri ola bilər".

Ekspert vətəndaşlara təsadüfi adamlardan belə "kərə yağları"nı almamağı tövsiyə etdi.

Nicat

Oxundu 663

© 2018 - NSPSOLUTIONS