Türkiyədə hərbi təyyarə qəzaya uğradı: ölənlər var

"Yazdılar ki, Mikayıl Cabbarov tapşırıq verib, amma..." - "Binə"dəki satıcılar

Bakıda özəl klinikada diplomsuz “həkim” - İDDİA

çərşənbə, 17 yanvar 2018
TR EN RU

Menu

çərşənbə, 17 yanvar 2018
EN TR RU

GÜNDƏM

Artur Rasi-zadənin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilb

13.12.2017 18:51

Nazirlər Kabineti aparatının strukturunda ştatların sayı artırılıb. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.
Nazirlər Kabinetinin 8 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə 200 ştat olub. Dəyişikliyə əsasən ştatların sayı 205-ə çatdırılıb.

Yeni qərara əsasən baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilsə də, baş nazirin birinci müavininə daha bir köməkçi və 4 yeni baş məsləhətçi ştatları ayrılıb, Nazirlər Kabinetinin Hüquq şöbəsində aparıcı məsləhətçi ştatı yaradılıb. Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektorda da böyük məsləhətçilərin sayı artırılaraq 2 nəfərə çatdırılıb. Müraciətlərin və vətəndaşların qəbulu sektorunda da baş məsləhətçilərin sayı daha bir nəfər artırılaraq 2 nəfərə çatdırılıb. apa

Oxundu 152

© 2018 - NSPSOLUTIONS