Mingəçevirin əsas prospektində avtobus var, dayanacaqlar yoxdur

Mingəçevir şəhəri, Heydər Əliyev prospektində qaçqınlar üçün tikilmiş qəsəbədə dayanacaqlar quraşdırılmayıb.

"Yeniavaz.com" xəbər verir ki, geniş asfaltlanmış ərazidə çoxlu sayda avtobus və sərnişinlər olsa da, bir dənə də dayanacaq yoxdur. Avtobus gözləyən sərnişinlər yayda ağacların altında dayanır, yağmurlu havada isə dayanacaq yoxdur deyə islanmalı olurlar. Bu ərazidə əsasən şəhərin 8 sayı nəqliyyat marşrutu hərəkət edir. Avtovağzala gedən mərşrut da bu yoldan keçir. Avtovağzalın da qarşısında dayanacaq yoxdur. Bu, sürücüləri də çaşbaş salır. Sakinlər "Yeniavaz.com" saytına bildiriblər ki, bununla bağlı aidiyyəti qurumlara müraciət ediblər, ancaq heç bir nəticə yoxdur. Bəzi sakinlər isə 8 saylı marşrutun axşam saat 20:00-dan sonra işləməməsinin onlar üçün ikinci bir problem yaratdığını bildiriblər. Onlar bu probleminin tezliklə həll olunmasını istəyirlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top