Dekabrın 9-da Almaniyada vəfat edən rəssam Gündüz Əlizadənin nəşi bu gücə saat 1-də Bakıya gətiriləcək.
Bu barədə rəssama yaxın adamlardan biri - Sevda Mehrəliyeva məlumat verib. Onun sözlərinə görə bu gecə saat 1-də Bakıya gətiriləcək rəssam, sabah 14.00-da dəfn olunacaq.
Dəfn mərasimi rəssamın ata yurdu olan Əhmədli kəndində keçiriləcək.
Qeyd edək ki, 1955-ci ildə Bakının Əhməli kəndində dünyaya gələn Gündüz Əlizadə əsasən, karikatura və qrafika ustası kimi tanınırdı. Oğlunun sağalmaz xəstəliyi ilə bağlı Almaniyaya gedən rəssam ömrünün sonuna qədər bir daha Vətənə dönmədi.modern.az