Baş nazir Əliyevlə görüşündən maraqlı foto paylaşdı

Bitkoin almaq istəyənlər, bu tövsiyyələri mütləq oxuyun

Şamaxıda vulkan püskürdü

çərşənbə axşamı, 16 yanvar 2018
TR EN RU

Menu

çərşənbə axşamı, 16 yanvar 2018
EN TR RU

DÜNYA

Ərdoğanın tərəfdarlarından biri ABŞ-ın eks dövlət qulluqçularına görə 800 min dollar təklif edib

13.12.2017 16:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarından biri ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iki keçmiş əməkdaşına görə təqribən 800 min dollar ödəməyə hazırdır.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Washington Free Beacon” nəşri amerikalı məmurlara istinadən xəbər verir. Qəzetin mənbələrinə əsasən, söhbət Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin və MKİ-nı sabiq əməkdaşı Qreem Fullerdən gedir. Hər iki şəxsin 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə əlaqəsinin olduğu hesab edilir.

Q. Fuller və M. Rubin dəfələrlə R. T. Ərdoğanı tənqid ediblər, Türkiyə Prokurorluğu isə onların həbsinə order verib. M. Rubin bildirib ki, Türkiyənin dövlət qulluqçuları olan iki amerikalıya görə mükafat elan etdiyi vəziyyətdə Dövlət Departamentinin susması Türkiyəni təşviq edən vahiməli siqnaldır.

Oxundu 158

© 2018 - NSPSOLUTIONS