Səudiyyə Ərəbistanı bombaladı: 51 ölü

Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sənaya və digər bölgələrə endirdiyi hava zərbələri nəticəsində 51 nəfər həlak olub. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, aviazərbələr husilərin nəzarətindəki Sənada yerləşən hərbi polis mərkəzinə endirilib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Səna daxil olmaqla ölkənin üç şəhərinə hücum edib. Sənadakı hərbi polis mərkəzi yeddi dəfə bombalanıb və hücumlar zamanı 39 məhkum həlak olub. Yəmənin Maqbanah və Sahar bölgələrinə edilən hava hücumlarında isə 12 dinc sakin ölüb.

DİGƏR XƏBƏRLƏR

Top