Peskov: Ərdoğanın Qüdslə bağlı mövqeyi Moskvanın mövqeyi ilə uyğun gəlmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin-İsrail münaqişəsi üzrə mövqeyi Rusiyaya məlumdur, indiki halda bu, Rusiyanın mövqeyi ilə uyğun gəlmir.

"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. R. T.Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq sammitində çıxış edərkən İsraili terror dövləti adlandırıb və Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.

D. Peskov Türkiyə Prezidentinin bu bəyanatına münasibət bildirərkən deyib: "Türkiyə dövlət başçısının bu mövqeyindən xəbərimiz var. İndiki halda bu bizim mövqeyimiz ilə uyğun gəlmir. Rusiyanın Qüdslə bağlı, Yaxın Şərq nizamlanması üzrə mövqeyi çox yaxşı məlumdur".

DİGƏR XƏBƏRLƏR

Top