Səudiyyə Ərəbistanı nizamnamə kapitalı 8 milyard dollar olan yeni bank təsis edir

Səudiyyə Ərəbistanı ölkədə ixrac sahəsində layihələr ilə məşğul olacaq yeni bank təsis edir.

"Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid ibn Əbdüləziz əl-Faleh deyib. Onun sözlərinə görə, ixrac bankı metallurgiya və sənaye sahəsindəki layihələri dəstəkləyəcək.

Nazir qeyd edib ki, bankın nizamnamə kapitalı 30 milyard rial (təqribən 8 milyard dollar) təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top