Türkiyədə hərbi təyyarə qəzaya uğradı: ölənlər var

"Yazdılar ki, Mikayıl Cabbarov tapşırıq verib, amma..." - "Binə"dəki satıcılar

Bakıda özəl klinikada diplomsuz “həkim” - İDDİA

çərşənbə, 17 yanvar 2018
TR EN RU

Menu

çərşənbə, 17 yanvar 2018
EN TR RU

DÜNYA

Trampın müşaviri: Türkiyə və Qətər radikal ideologiyaların yeni sponsorlarıdır

13.12.2017 13:13

Türkiyə və Qətər radikal ideologiyaların yeni sponsorlarıdır.

"Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Herbert Raymon Makkaster bu iddia ilə çıxış edib.

Onun sözlərinə görə, ABŞ-ın maraqlarına qarşı üç qlobal təhdid mövcuddur və bunun ikisi Yaxın Şərqdən qaynaqlanır. D. Trampın müşaviri qlobal təhdidlər sırasında Çin və Rusiyanın, habelə terroru dəstəkləyən, kütləvi qırğın silahları əldə etməyə çalışan İran və Şimali Koreyanın adını çəkib.

O, üçüncü təhdidin isə cihadçı radikal qrupların olduğunu deyib: "Səudiyyə Ərəbistanı uzun illər ərzində terror təşkilatlarına dəstək versə də, hazırda bu dəstək Qətər və Türkiyədən gəlir".

Siyasi İslam və "Müsəlman qardaşları" məsələlərinə toxunan H. R. Makkaster qeyd edib ki, "Mursi modeli"dən qaçınmaq üçün şəxsi azadlıqlara hörmət edən müxalif qrupları dəstəkləmək lazımdır.

O, digər model olaraq Ədalət və İnkişaf Partiyasını (AKP) nümunə göstərib: "Vətəndaş cəmiyyəti vasitəsilə təsiredici hala gələrək gücü yeganə partiyanın əlində birləşdirirlər. Təəssüf ki, bu, Türkiyənin Qərbdən uzaqlaşmasına töhfə verən problemdir".

Oxundu 161

© 2018 - NSPSOLUTIONS