Rusiya vətəndaşları kütləvi şəkildə xlordan imtina edir - FOTO

Bir neçə həftədir Rusiyada evlərdə və iş yerlərində xlordan istifadə olunmaması ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir. Bu barədə "Yeniavaz.com" saytına bu ölkədə yaşayan soydaşlarımız məlumat veriblər. Onların sözlərinə görə, insanların kütləvi şəkildə çalışdıqları iş yerlərində xlorun zərərləri ilə məlumatlar verilir, xərçəng xəstəliyi yaratması barədə xəbərdarlıq olunur.

Soydaşlarımız bildiriblər ki, uzun illərdir Azərbaycanda olduğu kimi, Rusiyada da evlərdə, iş yerlərində təmizlik məqsədi ilə xlordan çox istifadə edilir.

İddialara görə, rusiyalı alimlər ölkədə xərçəng xəstəliyinin yayılma səbəblərini araşdırıblar və məlum olub ki, bir səbəb də xlordan çox istifadədir. Artıq Rusiya vətəndaşları kütləvi şəkildə xlordan imtina etməyə başlayıblar.

Rusiyada yaşayan soydaşlarımız da xlordan istifadə etməməkdə qərarlıdırlar.

Maraqlıdır ki, Rusiyadakı bu qadağa Azərbaycan mediasının diqqətini çəkməyib. Odur ki, Azərbaycanda bu məsələdən xəbərdar olanların sayı azdır.

Məsələ ilə bağlı allerqoloq, tibb elmləri namizədi, dosent Səxavətdin Axundov "Yeniavaz.com" saytına açıqlama verib.

S. Axundovun sözlərinə görə, xlor insan orqanizmi üçün həqiqətən təhlükəlidir: "Xloq qıcıqlanma yaradır. İnsan orqanizmində hara düşürsə - selikli qişaları, dərini, burunu, boğazı, nəfəs yollarını, gözü qıcıqlandırır. Qıcıqlandırdıqda isə allergiyası olan insanda allergiya daha da şiddətlənməyə başlayır".

Allerqoloqun dediyinə görə, xlor qıcıqlandırıcı təsir göstərməklə yanaşı, özü də allergiya yaradır: "Xlor selikli qişalarda yolu açır və allergiya oradan daha çox daxil olur. Xlorun özü allergiya verə bilər, amma əsasən qıcıqlandırıcı təsiri ilə diqqət çəkir".

Xlorun xərçəng xəstəliyinə səbəb olma riskinə gəlincə, həmsöhbətimiz: "Əgər Rusiyada belə bir qadağa tətbiq edilibsə, ən azından insanlara xəbərdarlıq olunursa, deməli, araşdırma aparıblar ki, bunu ediblər. Əldə əsas olmasa, elmi araşdırma aparılmasa belə bir şeyi yəqin ki, etməzlər. Lakin Azərbaycanda hələ ki, bu məsələ ilə bağlı xəbərdarlıq və yaxud maarifləndirici tədbirlər görülmür. Xlorun xərçəng yaratma ehtimalını elmi araşdırmalar sübut edə bilər. Bizə onun konserogenliyi barədə rəsmi şəkildə məlumat gəlməyib".

S. Axundov xlordan istifadə edənlərə də öz məsləhətini verdi: "Xlorun zərərli təsirlərini qeyd etdim. Bu, təsir hər bir insanda özünü göstərə bilər, xüsusən azyaşlılarda ciddi mənfi nəticələri ola bilər. Xlor birləşmələri zərərlidir. Mümkün qədər ondan uzaq durulsa, az istifadə edilsə, daha yaxşı olardı".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top