Artur Rasi-zadə köməkçilərinin sayını azaltdı

Azərbaycan baş nazirinin köməkçilərinin sayı azaldılıb. Bununla bağlı baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib. Bundan başqa, baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb. Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top