Bu dərman haqqında şok iddia - FOTO

Uşaqlar üçün satılan “Aquadok” dərmanının saxta olduğu iddia edilib.

“Yeniavaz.com”un verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Kamal Heydərov adlı vətəndaş bildirib ki, uşaqlara burun üçün sprey olan “Aqualor” almaq üçün aptekə gedib, satıcı ona həmin dərmanın alternativi olan “Aquadok” təklif edib:

"Satıcı deyir "Aqualor" yoxdu, gəl "Aquadok" verim. Deyir Fransanındır, bu yaxşıdı. Üstünə baxıram "Made in France". Üstündə sayt da var - "www.aquadok.com". Evdə baxıram dərmandan gözüm su içmir. Sayta girirəm sayt açılmır, sayt "expired". "GoDaddy hosting"də "search" (axtarış) edirəm, saytı registrasiya edənin adı İlgar İskandarli. Bu da sənə "Made in France". Çinin hansısa kəndində dərman düzəltdirib "Aqualor"a oxşadıb, dizaynını, adını, satıcıya, həkimə, pul verib satdırırlar 10 AZN. İçində adi duzdu su. Sözüm odur ki, aptekdən nəsə alanda baxın. "Made in France", "Made in Britain"lara aldanmayın".

Qeyd edək ki, hostinqdə axtarış edəndə doğrudanda domainin sahibinin İlqar İskəndərli adlı şəxs olduğu məlum olur.

"Yeniavaz.com" yayılan iddia ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu göndərib. Mərkəzin açıqlaması gün ərzində saytımızda yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top