Baş nazir Əliyevlə görüşündən maraqlı foto paylaşdı

Bitkoin almaq istəyənlər, bu tövsiyyələri mütləq oxuyun

Şamaxıda vulkan püskürdü

çərşənbə axşamı, 16 yanvar 2018
TR EN RU

Menu

çərşənbə axşamı, 16 yanvar 2018
EN TR RU

İDMAN

Azərbaycan Avropa Liqasında oynamaqdan imtina edib

13.12.2017 10:07

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında iştirak etməyəcək. Voleybol Federasiyası bu il sonuncu yeri tutan Fərid Cəlalovun yetirmələrinin yarışda iştirakını məqsədəuyğun saymayıb. Nəticədə yeni ildə baş tutacaq yarışın Qızıl Liqasında 12, Gümüş Liqasında 8 yığma mübarizə aparacaq. Bu il yarışın mükafat məbləği də rekord həddədi - 413 min avro. Həm kişilərin, həm də qadınların yarışında çempion olacaq yığma 125 min avro qazanacaq.

Artıq kişi komandaların da qrupları müəyyənləşib:

Qızıl Avropa Liqası
A qrupu: Belçika, Estoniya, Slovakiya, İsveç
B qrupu: Sloveniya, Hollandiya, Türkiyə, Ukrayna
C qrupu: Finlandiya, Çexiya, Portuqaliya, İspaniya

Gümüş Avropa Liqası
A qrupu: Makedoniya, Latviya, Avstriya, Kosovo
B qrupu: Belarus, Xorvatiya, Macarıstan, Albaniya


Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında gücünü yoxlayacaq. Komandamız Bolqarıstan, Ukrayna və Portuqaliya ilə A qrupunda oynayacaq.Apasport.az

Oxundu 182

© 2018 - NSPSOLUTIONS